Vidal “Barselona”nı “İnter”ə dəyişdi

  • By admin
  • 01 Sentyabr 2020 16:27

“Barselona”nın yarımmüdafiəçisi Arturo Vidal İtaliyanın “İnter” klubuna keçməyə yaxındır.

“La Gazzetta dello Sport” xəbər verir ki, çilili futbolçu “nerazzurri” ilə iki illik müqaviləyə imza atacaq.

A. Vidal “İnter”də mövsümünə 3 milyon avro maaş alacaq.

Transferin yaxın günlərdə reallaşacağı qeyd olunur.

 

 

Gununsesi.info