Vidal rəsmən “İnter”də

  • By admin
  • 22 Sentyabr 2020 15:43

“İnter” Arturo Vidalın komandaya keçidini açıqlayıb.

Gununsesi.info klub saytına istinadən xəbər verir ki, çilili futbolçu A Seriyası təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Milan klubu 33 yaşlı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Vidal “Barselona”ya 2018-ci ildə 18 milyon avro qarşılığında “Bavariya”dan keçib.

Gununsesi.info