Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyən hallar müəyyənləşir.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu hallara dövlət, peşə, kommersiya sirri, şəxsi və ailə həyatı, yetkinlik yaşına çatmayan şəxslər, demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi, övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirri, şəxsi və ailə hәyatının intim məsələləri daxildir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gununsesi.info