“Vikipediya”da Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq - NAZİR MÜAVİNİ

  • By admin
  • 10 Mart 2017 14:23

elmir

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəliyev parlamentin növbəti plenar iclasındakı çıxışı zamanıbildirib ki, son dövrlərdə Wikipediaya mötəbər mənbə kimi istinad edilmir. 

Gununsesi.info-nun xəbərinə görə, o, deyib ki, çünki Wikipediada qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir:

“Wikipediada istifadəçinin yaratdığı mənbə var. Bunun üçün milli səviyyədə hər hansı qanunun qəbulu və qanunla tənzimlənməsi real görünmür. “Vikipediya”da Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”.

KAMİL

Gununsesi.info