Viktor Orban Ərdoğanı təbrik etdi: Güclü Türkiyə Macarıstan üçün yaxşı olar

  • By admin
  • 18 May 2023 11:45

Macarıstanın Baş naziri Viktor Orban Rəcəb Tayyib Ərdoğanı Prezidentlik seçkisinin ilk turunda öndə tamamlaması səbəbi ilə təbrik edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğana telefon zəngi edən Baş nazir Orban Türkiyə ilə bağlı müsbət fikirlər səsləndirib.

“Az öncə Prezidentə zəng etdim. İlk turdakı AK Partiyanın əzici və fövqəladə mübahisəsiz zəfəri üçün onu təbrik etdim. İkinci turda bol şanslar, Prezident! Güclü və sabit Türkiyə Avropa və Macarıstan üçün yaxşı olar.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info