Vilayət Eyvazov Bəxtiyar Hacıyevə nə deyib? - İCTİMAİ FƏAL ÖZÜ AÇIQLADI

  • By admin
  • 23 Aprel 2022 19:02

Bir qrup naməlum şəxsin fiziki zorakılığına məruz qalan ictimai fəal Bəxtiyar Hacıyev daxili işlər naziri  general-polkovnik Vilayət Eyvazovla görüşüb.

Gununsesi.info xəbər verir ki, B.Hacıyev görüş barədə feysbuk hesabında paylaşım edib.

“Daxili işlər naziri V.Eyvazovla görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu.

Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi”, – o qeyd edib.

O vurğulayıb ki, cinayətkarlar tapılmayana, cəzalanmayana qədər başına gələcək hadisələrlə bağlı DİN-in məsuliyyət daşıyacağını bildirib.

 

Gülnar

Gununsesi.info