Vilayət Eyvazov baş müstəntiqə vəzifə verdi

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Gununsesi.info  xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

HTML tutorial

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.

Gununsesi.info