Vilayət Eyvazov bu rayonda vətəndaş qəbulu keçirəcək

  • By admin
  • 29 Noyabr 2022 19:05

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il dekabr ayının 17-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Gununsesi.info-ya DİN-dən verilən məlumatda deyilir.

Bildirilir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 16.12.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi)səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Gununsesi.info