Vilayət Eyvazov cəmiyyətə səsləndi

  • By admin
  • 18 Yanvar 2022 18:43

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov antinarkotik təbliğatı ilə bağlı cəmiyyətə müraciət edib.

Gununsesi.info xəbər verir ki, DİN rəhbəri kollegiya iclasında çıxışında bu barədə danışıb.

HTML tutorial

Nazir deyib ki, yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatı daha məqsədyönlü davam etdirilməlidir. Vilayət Eyvazov, həmçinin bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.

 

Nəcəf

Gununsesi.info