Vilayət Eyvazov cüdoçuya RÜTBƏ VERDİ

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə keçmiş cüdoçu Mövlud Mirəliyev  təyin olunub.

Gununsesi.org bildirir ki, cüdo üzrə Pekin Olimpiya Oyunlarının mükafatçısı Mövlud Mirəliyev bununla bağlı Unikal.org-a açıqlama verib:  

“Mən  Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi vəzifəsinə bir aydan çoxdur təyin olunmuşam.  Ancaq polis polkovnik-leytenantı rütbəsi bir həftədir verilib. Onu da deyim ki, əgər Pekində veteranların yarışı keçirilərsə qatılacam”

Qeyd edək ki, Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Gununsesi.org