Vilayət Eyvazov deputatın rəis oğlunu CƏZALANDIRDI

  • By admin
  • 15 Mart 2021 15:35

Qaradağ rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.

Məlumata görə, İ.Mehbalıyov işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət verilib.

Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir. (unikal.org)

Gununsesi.info