Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, Sadiq Heydərov həm də ağır atletika üzrə keçmiş dünya çempionudur.
Gununsesi.info