Vilayət Eyvazov göstəriş verdi - RAMİZ ZEYNALOV HƏRƏKƏTƏ KEÇDİ+ ÖZƏL

  • By admin
  • 10 Noyabr 2022 10:09

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi qarşısında tələb qoyub.

Gununsesi.info-nun əldə etdiyi xəbər görə, nazir yol-hərəkəti qaydalarının pozuntusu ilə bağlı tətbiq olunmuş inzibati protokollara görə ödənilməmiş cərimələrin ilin sonunadək ödənilməsi üçün BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalova xüsusi tapşırıq verib.

HTML tutorial

Buna səbəb isə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə ödənilməmiş 4 milyona yaxın   cərimə  protokollarının yığılıb-qalmasıdır.

Məlumata görə, artıq Yol-Patrux Xidmətinə də xüsusi tapşırıq verilib.

Qarşıdakı günlərdə YPX-nın xüsusi reydləri gözlənilir.

 

Elmar Elnuroğlu

Gununsesi.info