Vilayət Eyvazov hüquq müdafiəçilərini qəbul edib

“Bu gün “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçilərini daxili işlər naziri, polis general-polkovniki Vilayət Eyvazov qəbul etdi”.

GUNUNSESİ.İNFO bildirir ki, bunu insan haqları fəalı Rüfət Səfərov deyib.
Onun sözlərinə görə, 3 saat davam edən görüşdə nazir müavini, polis general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da iştirak edib: “Bizi narahat edən konkret məsələlər qaldırıldı, təkliflər irəli sürüldü, geniş fikir mübasiləsi aparıldı.
“Müdafiə Xətti” görüşün təfərrüatlarına və nəticələrinə sabah saat 12-də keçiriləcək mətbuat konfransında aydınlıq gətirəcəkdir”.

HTML tutorial

Gununsesi.info