Vilayət Eyvazov icra başçısının oğlunu rəis müavini vəzifəsinə təyin etdi - FOTO

  • By admin
  • 26 Avqust 2019 13:15
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub.
Gununsesi.org bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.
Gununsesi.org