Vilayət Eyvazov iki polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

HTML tutorial

Əmrə əsasən, polis polkovnik-leytenantı Şakir Rüstəmov Qazax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilərək, Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Göyçay rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Fəxri Aslanov isə vəzifəsindən azad olunaraq Qazax rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub. (Oxu.az)

Gununsesi.info