Vilayət Eyvazov iki rəis müavinini işdən çıxardı

Samux Rayon Polis Şöbəsinin rəis müavinləri işdən çıxarılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər. Hər iki rəis müavini sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur.

Gununsesi.org