Vilayət Eyvazov İlham Əliyevə raport verdi - FOTO

  • By admin
  • 04 Mart 2020 10:58

Ağstafa rayonuna səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

 Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.