
Xəbər verdiyimiz kimi, Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşı, Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev vəzifəsindən azad edilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, R. Mustafayev müvafiq əmrlə Nəqliyyat Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, R. Mustafayev daha öncə Nəqliyyat Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Günay
Gununsesi.info