Vilayət Eyvazov mayoru rəis təyin etdi

  • By ilhame
  • 17 Sentyabr 2023 13:17

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən sözügedən vəzifə polis mayoru Sübhan İsgəndərova həvalə edilib.

Qeyd edək ki, S.İsgəndərov bu təyinata kimi Xızı Rayon Dövlət Yol Polisi Şöbəsində işləyib.

 

Gununsesi.info