Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi

  • By admin
  • 13 Dekabr 2019 14:07

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.

Gununsesi.org Unikal.org-a istinadən məlumat verir ki, Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Gununsesi.org