Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib

  • By admin
  • 09 Noyabr 2019 18:51

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində müraciət edən şəxslərin qəbulunu keçirir.

Gununsesi.org xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, V.Eyvazov Daxili İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.

Nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdəki fəaliyyəti ilə bağlı onların üzləşdikləri problemləri dinləyib, qaldırdıqları məsələlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, cari ilin son 3 ayı ərzində nazir Vilayət Eyvazov qəbul üçün müraciət edən 90 nəfər Bakı şəhər sakinini Daxili İşlər Nazirliyində qəbul edərək onları şəxsən dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

 

Gununsesi.org