Vilayət Eyvazov polkovnik-leytenantı vəzifədən kənarlaşdırdı

  • By admin
  • 15 Mart 2021 11:54

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) rəis müavini işdən çıxarılıb.

Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov vəzifəsindən azad edilib. Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, H.Həsənov 2019-cu ildə bu vəzifəyə təyin edilmişdi. Onun yerinə hələlik təyinat olmayıb.(Report)

Gununsesi.info