
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprelin 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Gununsesi.info