Vilayət Eyvazov daha 25 Vətən Müharibəsi iştirakçısını polisə götürüb - Foto

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Gununsesi.info-nun xəbərinə görə, sıra baxışında 226 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 25 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.