Vilayət Eyvazovdan daha bir təyinat

Daşkəsən Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Gununsesi.org-un məlumatına görə, Daxil İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ağayev Azay Akif oğlu Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Bundan əvvəl Ağayev Azay Akif oğlu Mingəçəvir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini olub.

Gununsesi.org