Vilayət Eyvazovdan yeni təyinat

Yevlax Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

HTML tutorial

Əmrə əsasən, polis polkovnik-leytenantı Elsevər Tağıyev Yevlax Rayon Polis Şöbəsinə təyin olunub. O, RPŞ rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsini tutacaq.

Qeyd edək ki, E.Tağıyev bundan əvvəl Gədəbəy RPŞ-də eyni vəzifədə çalışıb.

Gununsesi.info