Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektor vəzifəsinə təyinat olub.
Gununsesi.info xəbər verir ki, əmrə əsasən, həmin vəzifəyə polis baş leytenantı Anar Qasımovtəyin olunub.
Anar Qasımov daha öncə Daşkəsən rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru vəzifəsində çalışıb.
Gununsesi.info