Vilayət Eyvazov dünya çempionuna VƏZİFƏ VERDİ

  • By admin
  • 07 Mart 2021 19:17

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Sadiq Heydərov həm də ağır atletika üzrə keçmiş dünya çempionudur.

Gununsesi.info