Vilayət Eyvazov ona yüksək VƏZİFƏ VERDİ

  • By admin
  • 05 Mart 2023 19:47

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.info xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı müvafiq əmri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ramil Salayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ramil Salayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Gununsesi.info