Vilayət Eyvazov rəis müavinini işdən çıxardı

  • By admin
  • 31 Avqust 2021 11:01

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. (report)

Gununsesi.info