Vilayət Eyvazov rəis müavininin yerini dəyişdirdi

  • By admin
  • 14 Fevral 2023 12:53

Daxili işlər orqanlarında yeni təyinat olub.

Gununsesi.info “Qafqazinfo”a istinafən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis polkovnik-leytenantı Qoşqar Kazımov Biləsuvar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib. Digər əmrlə o, Ucar Rayon Polis Şöbəsi rəisinin müavini təyin edilib.

Qeyd edək ki, Q.Kazımov Biləsuvardan əvvəl Binəqədi RPİ-də İctimai təhlükəsizlik şöbəsinin baş inspketoru vəzifəsində çalışıb.

Gununsesi.info