Vilayət Eyvazov şəhid Yüksəl Əlizadənin qardaşına vəzifə verdi

  • By admin
  • 11 Fevral 2023 20:32

Daxili işlər orqanlarında 44 Günlük Vətən Müharibəsi şəhidlərinin yaxınlarının, müharibədən qayıdan gənclərin işə qəbulu davam edir.

Gununsesi.info-nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Əli Əlizadə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin tədqiqatçısı vəzifəsindən azad olunaraq Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Hava Limanında Xətt Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Əli Əlizadə 44 günlük müharibəyə könüllü qatılan Gəncə Şəhər Prokurorluğunun əməkdaşı şəhid Yüksəl Əlizadənin qardaşıdır.

Afət Abbasova
Gununsesi.info