Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin edib

  • By admin
  • 27 Dekabr 2021 19:57

Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Poilis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub.

28 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmasına baxmayaraq, medalçılar sırasına düşə bilməyib.

Gununsesi.info