Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni TƏYİNAT

  • By admin
  • 21 İyul 2020 09:23

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Gununsesiaz.info-nun məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.

Gununsesiaz.info