Vilayət Eyvazovdan yeni - TƏYİNAT

  • By admin
  • 10 Dekabr 2019 13:15

Daxili İşlər orqanında kadr dəyişikliyi olub.

Gununsesi.org xəbər verir ki , bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Nizami Paşayev tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə N.Paşayev Sumqayıt Şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi təyin edilib.

Gununsesi.org