Vilayət Eyvazovdan yeni təyinat

  • By admin
  • 08 Aprel 2021 22:42

Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib.

Gununsesi.info xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kürdəmir RPŞ-nin təhqiqat bölməsinin rəisi, polis mayoru İkram Əhmədov vəzifəsindən çıxarılıb.

Nazirin digər əmri ilə mayor İ.Əhmədov Zərdab RPŞ-nin əməliyyat işi üzrə rəis müavini təyin olunub.

Gununsesi.info