Vilayət Eyvazovdan YENİ TƏYİNAT – Şəmkirdən Sumqayıta gətirdi

  • By admin
  • 06 Mart 2021 10:22

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölüyünə yeni komandir təyin edib.

Gununsesi.info avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunaraq Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinə komandir təyin olunub.

Əvvəlki komandir Vüqar Qasımov isə nazirin əmri ilə sərəncama göndərilib.

Gununsesi.info