Vilnüs Kalininqrada gedən dəmir yolunu bağlayır

  • By admin
  • 18 İyun 2022 11:36

Litva Dəmir Yolları İdarəsi Kalininqrad vilayətinin rəhbərliyini Avropa İttifaqının sanksiyasına düşən malların tranzitini dayandıracağı barədə xəbərdar edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov özünün Telegqam-kanalında məlumat yayıb.

Vilnüsdən verilən informasiyaya görə, bu gün saat 00:00-dan etibarən Litva ərazisindən dəmir yolu vasitəsilə Kalininqrada yük daşımaları dayandırılır.

A.Alixanov bildirib ki, Qərbin sanksiyalarına geniş çeşiddə mal və məhsullar düşüb. Busiyahıya ərzaqla yanaşı sement, netal kimi inşaat materialları da daxildir.

Gununsesi.info