Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarıldı

  • By admin
  • 07 May 2020 16:24

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.

Gununsesi.org bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Məhəmməd Vilyam oğlu Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.

Gununsesi.org