Vilyam Hacıyevin şikayəti təmin edilmədi

  • By admin
  • 10 Sentyabr 2020 15:59

Bu gün Bakı Apellyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info bildirir ki, “Trend”in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib. Məhkəmə V. Hacıyevin şikayətini təmin etməyib.

Gununsesi.info