Virus Çindən 9 ay əvvəl İspaniyada mövcud olub? - MƏŞHUR TƏDQİQATÇIDAN ŞOK İDDİA

Oksford Universitetinin eksperti Dr. Tom Cefferson “SARS-CoV-2” virusunun Çində yaranmadığını, pandemiya başlamazdan əvvəl belə təsirsiz halda bütün dünyada yayğın olduğunu bildirib.

Gununsesi.org xəbər verir ki, Oksfor Universiteti Sübut Əsaslı Tibb Mərkəzinin tədqiqatçısı Tom Cefferson bu barədə Teleqrafa açıqlama verib. Onun sözlərinə görə, pandemiya başlamazdan uzun müddət öncə belə bütün dünyada mövcud olan “SARS-CoV-2” virusu təsirli dərəcəyə çatmaq üçün uyğun şəraiti gözləyib.

O bunu əsaslandıracaq sübutların günü-gündən artdığını bildirib. Belə ki, keçən həftə İspaniya virusoloqları 2019-cu il martın ayında yığılan tullantı suları nümunələrində “SARS-CoV-2” virusunun izlərini aşkarlayıblar. “Biz virusun ekologiyasını araşdırmalı, necə törədiyini və mutasiyaya uğradığını başa düşməliyik”,-deyə Tom Cefforson qeyd edib.

Virusun yayılma xarakteristikasında anomaliyalar olduğunu bildirən mütəxəssis oxşar halların İspan Qripi pandemiyasında da müşahidə olunduğunu bildirib:”1918-ci ildə Qərbi Samoanın əhalisinin 30 faizi İspan Qripinin qurbanı olmuşdu. Ancaq onların xarici dünya ilə heç bir əlaqələri yox idi”. Mütəxəssisin sözlərinə görə, bunun tək izahı virusun hər yerdə mövcud olmasıdır.

“Onlar hər zaman burdadırlar. Nə isə onları tətikləyir və onlar aktiv olmağa başlayır. Buna səbəb insan sıxlığı və ya ətraf mühit şərtləri ola bilər, biz bunlara diqqət ayırmalıyıq”,-deyə o sözlərinə əlavə edib.

 

 

Gununsesi.org