
Tərtər Rayonunun sabiq icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə özünün sosial şəbəkə hesabında maraqlı görüntü paylaşıb.
Bu barədə yazdığı qeydində gənc fəal adıçəkilən rayonun icra başçısını əhalini zəhərləməkdə günahlandırıb.
Gununsesi.org həmin qeydləri və video görüntüləri təqdim edir :
Tərtərin icra hakimiyyəti şəhərdə dezinfeksiya “işləri” aparır. Dünya bəşəriyyət üçün təhlükəli bir virusa qarşı mübarizə aparır, Azərbaycanda hər gün xəstələrin sayı artır. Tərtərdə isə içməli su maşınına kimyəvi maddələr töküb, şəhəri dezinfeksiya edirlər. Nədir bu savadsızlıq? Məsuliyyətsizlik? Müstəqim Məmmədov və onun kimi məmurların səriştəsizliyinə görə bizim insanımızın həyatı təhlükəyə məruz qalır!
(Qeyd: Videoda mahnı çəkilişi mənə göndərən şəxs tərəfindən əlavə edilib).
Virus Tərtəri tam bürüməmiş Müstəqim Məmmədov haqqında tədbir görülməlidi. Azərbaycan dövlətindən Azərbaycan vətəndaşının həyatını təhlükəyə atmış bu adamlar haqqında tədbir görməyini xahiş edirəm.
DİQQƏT edin bura Tərtərdi!Tərtər rayonu icra hakimiyyəti şəhərdə dezinfeksiya "işləri" aparır. Dünya bəşəriyyət üçün təhlükəli bir virusa qarşı mübarizə aparır, Azərbaycanda hər gün xəstələrin sayı artır. Tərtərdə isə içməli su maşınına kimyəvi maddələr töküb, şəhəri dezinfeksiya edirlər. Nədir bu savadsızlıq? Məsuliyyətsizlik? Müstəqim Məmmədov və onun kimi məmurların səriştəsizliyinə görə bizim insanımızın həyatı təhlükəyə məruz qalır! (Qeyd: Videoda mahnı çəkilişi mənə göndərən şəxs tərəfindən əlavə edilib). Virus Tərtəri işğal etməmiş Müstəqim Məmmədov haqqında tədbir görülməlidi. Azərbaycan dövlətindən Azərbaycan vətəndaşının həyatını təhlükəyə atmış bu adamlar haqqında tədbir görməyini xahiş edirəm. Paylaşın
Publicerat av Sehriyar Mecidzade Söndag 28 juni 2020
Gununsesi.org