Virusoloqlar yarasalarda 1 500 yeni koronavirus növü tapıb - GƏLƏCƏKDƏ DAHA BİR PANDEMİYAYA SƏBƏB OLA BİLƏRLƏR

  • By admin
  • 21 May 2020 09:06

Uhanda yerləşən tədqiqat institutunun virusoloqları yarasaların orqanizmində 1 500-ə qədər müxtəlif növ koronavirus aşkarlayıblar. Onların bir qismi gələcəkdə pandemiyaya səbəb ola bilər.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Big Picture Science podcast” məlumat yayıb.

Laboratoriyanın əməkdaşları yarasaları ovlayaraq, onların bioloji məlumatlarını toplayıblar. Heyvanların ağız suyu, qan və tullantılarından, ümumilikdə 15 000 nümunə analiz edilib. Araşdırma zamanı materialların 10 faizində “koronavirus kainatı” aşkarlanıb, onlar  dondurularaq saxlanılıb

Alimlər hələ özünü göstərməyən, lakin perspektivi olan bu virusları “saatlı bomba” adlandırıblar.

İndiyə qədər koronavirusun SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla üç növü pandemiyaya səbəb olub.

 

 

Gununsesi.org