Vışinski azadlığa çıxdı - FOTOLAR

  • By admin
  • 29 Avqust 2019 11:04

Kiyev Apellyasiya Məhkəməsi “RİA Novosti Ukraina” portalının rəhbəri Kirill Vışinski barədə hökm oxuyub.

Gununsesi.org-un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, qərara əsasən, 400 gündən çox həbsdə olan Vışinski müəyyən öhdəliklər əsasında azadlığa buraxılıb.

Öhdəliyə əsasən, jurnalist ilk tələbdə məhkəməyə, yaxud istintaq komitəsinə gəlməli, yaşayış yeri, iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, həmçinin şahidlərlə ünsiyyətdən çəkinməlidir.

Vışinski azadlıqda ilk açıqlamasında məhkəmə qərarının ədalətli olduğunu, burada keçmiş Prezident Petro Poroşenkonun hakimiyyətdən getməsinin mühüm rol oynadığını bildirib.

Xatırladaq ki, Kirill Vışinski 15 may 2018-ci il tarixində Kiyevdə saxlanılıb. O,qondarma Donbass Respublikasını dəstəkləməkdə və dövlətə xəyanətdə şübhəli bilinib.