Visokopolyedə Ukrayna bayrağı qaldırıldı

Ukrayna ordusu Xerson vilayətinin Visokopolye qəsəbəsini rusiyalı hərbçilərdən azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini Kirill Timoşenko öz feysbuk hesabında paylaşıb.

HTML tutorial

Timoşenko, həmçinin Visokopolye qəsəbəsində Ukrayna bayrağının qaldırıldığını bildirib və bununla bağlı foto paylaşıb.

Bununla yanaşı, Ukrayna mediası Donetsk vilayətinin Ozernoe kəndinin də azad olunduğunu yazır.

Gununsesi.info