Vitse-prezident Firdovsi Umudovun 25 il əvvəlki VİDEOSU YAYILDI

  • By arzu
  • 09 May 2020 14:40

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Firdovsi Umudovun maraqlı görüntüsü yayılıb. 

Gununsesi.org xəbər verir ki, F.Umudovun güləşdiyi dövrlərdə lentə alınmış video kadrlar sosial şəbəkədə paylaşılıb.

Həmin görüntülərdən biri 1995-ci ildə Almaniyada keçirilən Avropa çempionatı zamanı lentə alıb. Bu zaman gənc Firdovsi Umudovun 18 yaşı olub və o görüşü qələbə ilə bitirib.

Digər görüş isə 1997-ci ildə Türkiyədə keçirilən Avropa Çempionatı zamanı lentə alınıb.  Ozaman 20 yaşında olan Umudov həmin görüşü də qələbə ilə başa vurub.

Qeyd edək ki, o dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, Avropa çempionatının bürünc mükafatçısı, tələbələrin dünya çempionatının gümüş mükafatçısı, dünya kubokunun qalibi olub.

F.Umudov zədələri səbəbindən güləşçi kimi karyerasını erkən yaşda başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərib və bu sahədə bir çox uğura imza atıb.

2005-ci ildən Azərbaycanın sərbəst güləş üzrə milli komandasında məşqçi kimi çalışıb. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə dünyanın “ən yaxşı məşqçi”si adına layiq görülüb.

Xatırladaq ki, idman ustası və əməkdar məşqçi F.Umudov ölkə başçısı tərəfindən “Şöhrət” ordeni (2012), “Tərəqqi” medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif edilib.

Firdovsi Umudov 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən polkovnik-leytenant hərbi rütbəsi ilə təltif olunub.

 

 

 

Gununsesi.org