ABŞ-ın vitse-prezidenti J.D. Vens Newsmax-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna “aylarla davam edən danışıqlara” baxmayaraq, müharibəni dayandırmağa hələ hazır deyillər.
Onun sözlərinə görə, razılığa gəlmək üçün hər iki tərəf hazır olmalıdır, lakin ruslar və ukraynalılar hazırda bu nöqtədə deyillər.
Vens sülh danışıqlarına maneələrdən birinin “gözləntilərin uyğunsuzluğu” olduğunu vurğulayıb və qeyd edib ki, ruslar döyüş meydanında əslində olduğundan daha güclü olduqlarını düşünürlər.
Buna baxmayaraq, o, ABŞ administrasiyasının və Trampın sülhə nail olmaq üçün işləməyə davam etdiyini bildirib.
Firuzə













