Vitse-spiker də son günlərin olayından yazdı: "SON SÖZÜNÜ ƏVVƏLDƏ DEMƏ!!!"

  • By admin
  • 20 Mart 2017 11:32

BAHAR-1

“…Anlamaq cətin,qəbul edilməsi isə ondan da cətin olan odur ki, bəzi söz meydanına daxil olmaq istəyən cənclərimiz ictimaiyyətin və ədəbiyyatsevərlərin diqqətini özünə cəlb etmək ücün hec də məqbul olmayan bir yol secməklə, sanki öz aralarında yarışa girməyə və cəmiyyətə də məhz bu yöndən cox zərərli mesajlar ötürməyə cəhd edirlər“.

Gununsesi.info xəbər verir ki, bunu vitse-spiker Bahar Muradova öz “Facebook” statusunda yazıb.

B. Muradovanın statusunu olduğu kimi, təqdim edirik:

“Gənc yazar Elşad Baratın fasebook profilinə paylaşdığı şerlərini oxumaq ücün daxil oldum.
Daha cox diqqətimi cəkənsə müxtəlif müəlliflərdən, xüsusən də, şair Rüstəm Behrudidən gətirdiyi sitatlar oldu.Məzmunu son günlər gündəmi zəbt edən “intiharlar”la daha cox səsləşən bu paylaşımlar və ona yazılan şərhlər məni cox narahat etdi.
Anlamaq cətin, qəbul edilməsi isə ondan da cətin olan odur ki,bəzi söz meydanına daxil olmaq istəyən cənclərimiz ictimaiyyətin və ədəbiyyatsevərlərin diqqətini özünə cəlb etmək ücün hec də məqbul olmayan bir yol secməklə, sanki öz aralarında yarışa girməyə və cəmiyyətə də məhz bu yöndən cox zərərli mesajlar ötürməyə cəhd edirlər.


Belə bir halın nədən qaynaqlanması haqqında cox fikirlər söyləmək, geniş diskussiya acmaq olar. Ancaq düşünürəm ki, istənilən halda bu yanasmanı əsaslandırmağa yox, bu vəziyyətə gətirib cıxaran halların aradan qaldırılmasına calışmaq daha doğru olardı.


Ən azından istərdim ki,Elşad Barat elə cox sevdiyi Rüstəm Behrudinin yaradıcılığından HƏYAT VƏ YAŞAM barədə də bir necə sitat gətirsin.

Sonda isə Ona demək istəyirəm :

Calış, SON SÖZÜNÜ ƏVVƏLDƏ DEMƏ!!!”

Gununsesi.info