
“Bu gün YAP Gənclər Birliyinin 2016 ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirində iştirak etdik. Partiyanın rəhbər orqanlarının bir qrup nümayəndəsinin qatıldığı toplantıda gənclərimiz ötən ilki fəaliyyətləri haqda məlumat verdilər, qarşıda onları gözləyən həlli vacib məsələlər haqda danışdılar, ölkə həyatında yaxından iştirak etmələri ücün yaradılan şəraiti və imkanları dəyərləndirdilər”.
Gununsesi.info xəbər verir ki, bunu vitse-spiker Bahar Muradova öz “Facebook” səhifəsində yazıb.
B. Muradova qeyd edib ki, onları dinlədikcə necə böyük bir inkişaf potensialına malik olduğumuz haqda düşünür və gələcəyimizin əmin əllərdə olacağına olan inamlarımızın doğrulacağı haqda qənaəti möhkəmlənirdi.
“Odur ki, üzümü onlara tutaraq partiyamızın sıralarında əldə etdikləri təcrübə, qazandıqları bilik və vərdişlər,o cümlədən siyasi və iqtisadi həyatımızdakı iştirakları sayəsində nail olduqları uğurları ilə əlaqədar onları təbrik edirəm.
Əhsən Sizə!!!”-deyə, o, daha sonra qeyd edib.
Gununsesi.info